Abşeron rayonunun Qobustan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2022Dekabrın 30-da saat 18 radələrində Abşeron rayonunun Qobustan kəndi ərazisində Xırdalan şəhər sakini S.Əzimov idarə etdiyi “Mercedes” markalı avtomobili dəmir məhəccərə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.