Goranboy rayonunun Azad kəndində xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq ictimai qaydanı pozan rayon sakini T.Tağıyevdən ov tüfəngi götürülüb
29.12.2022Dekabrın 29-da saat 19 radələrində Goranboy rayonunun Azad kəndində bir nəfərin ov tüfəngindən havaya atəş açması barədə polisə məlumat daxil olub.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Azad kənd sakini Tərviz Tağıyevin evinin qarşısında sərxoş halda xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən havaya atəş açaraq ictimai qaydanı pozması müəyyən olunub. Polis əməkdaşları ondan müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürüblər.
Araşdırma aparılır.