Sumqayıt dəmir yolu stansiyasında elektrik qatarının vaqonlarından birinin yan şüşəsini sındırmaqda şübhəli bilinən 16 yaşlı İ.Hacızadə müəyyən olunaraq saxlanılıb
28.12.2022Dekabrın 27-də Sumqayıt dəmir yolu stansiyasında dayanmış sərnişin elektrik qatarının vaqonlarından birinin yan şüşəsinin sındırılması barədə polisə məlumat daxil olub.
NBPİ Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 16 yaşlı İ.Hacızadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.