Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
27.12.2022Dekabrın 27-də saat 17 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində Masallı rayon sakini M.Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış Lerik rayon sakini H.İmaşovu və ona məxsus “Ford Transit” markalı avtomobili vurub. Nəticədə H.İmaşov hadisə yerində ölüb, M.Ağayev isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.