Astara rayonunun Pensər kəndi ərazisində “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən piyada vurulub
25.12.2022Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.