Kürdəmir rayonunun Atakişili kəndi ərazisində “Ford-tranzit” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna çırpılıb
25.12.2022Dekabrın 25-də saat 22 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Balakən rayon sakini R.Qınçıyev idarə etdiyi “Ford-tranzit” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə “Ford-tranzit” markalı avtomobildə olan sərnişin E.Kərimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.