Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb

23.12.2022

Dekabrın 23-də Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və avtomobili qaçıran şəxsin Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədərək xəsarət alması və xəstəxanada ona ilkin tibbi yardım göstərilməsi müəyyən olunub. 
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

23.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 23.12.2022
  • Beyləqan şəhəri ərazisində şəhər sakini K.Fərzəliyevi münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən şəhər sakini R.Əliyev tutularaq istintaqa təhvil verilib 23.12.2022
  • Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb 23.12.2022
  • Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini A.Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Şükürov saxlanılıb 23.12.2022
  • Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Baloğlanov və V.Tahirov saxlanılıblar 23.12.2022
  • Sumqayıt şəhər sakininin bank kartından pul oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Musayev saxlanılıb 23.12.2022
  • Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində bir avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Bərhən saxlanılıb 23.12.2022
  • Bərdə rayonunun Zümürxan kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini R.Xıdırov saxlanılıb 23.12.2022
  • İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamağa cəhd göstərən şəxs saxlanılıb 23.12.2022
  • Neftçala rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb 23.12.2022
  • Masallı rayonunun Öncəqala kəndi ərazisində “Kia” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılıb 23.12.2022
  • Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini P.Cəfərov vurulub 23.12.2022
  • Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə piyada vurulub 23.12.2022
  • Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb 23.12.2022