Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini X.Mirişov avtomobillə birgə saxlanılılıb
21.12.2022Dekabrın 21-də saat 13 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən F.Şirinova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini X.Mirişov avtomobillə birgə saxlanılılıb.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.