Xətai rayonu ərazisindən 3 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Tovuz rayon sakini F.Əhmədli tutularaq istintaqa təhvil verilib
19.12.2022Dekabrın 18-də Xətai rayonu ərazisindən 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan N.Həsənov xəstəxanada ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Tovuz rayon sakini F.Əhmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.