Quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini A.Nəzərov saxlanılıb
18.12.2022Dekabrın 18-də saat 10 radələrində Salyan şəhərindəki evlərin birinə girən 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək pul və qızıl əşyalar tələb etməsi, qadının səs-küy saldığından onların qaçmaları barədə polisə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Nəzərov saxlanılıb. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.