Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2022Dekabrın 18-də saat 19 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən R.Əlimərdanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.