Ağsu rayonunun Qaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi
13.12.2022Dekabrın 13-də saat 21 radələrində Ağsu rayonunun Qaraqaşlı kəndində İ.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini N.Bəkirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.