Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
13.12.2022Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.