Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub

12.12.2022

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

12.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub 12.12.2022
  • Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Babayev saxlanılıb 12.12.2022
  • Binəqədi rayonu ərazisində iki nəfərin cüzdanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev və Abşeron rayon sakini R.Ağayev saxlanılıblar 12.12.2022
  • Gəncə şəhər sakini F.Hidayətovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ə.Quliyev saxlanılıb 12.12.2022
  • Biləsuvar rayonunun Günəşli kəndindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 12.12.2022
  • Şamaxı şəhəri ərazisindən rayon sakini M.Balayevin avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini N.Abdullayev saxlanılıb 12.12.2022
  • Salyan rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əzimov saxlanılıb 12.12.2022
  • Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfəri öldürməklə hədələməkdə şübhəli bilinən rayon sakini M.Bədəlov müəyyən olunaraq saxlanılıb 12.12.2022
  • Lənkəran rayonu ərazisində ayrı-ayrı vaxtlarda 5 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Liman şəhər sakini A.Əzizli saxlanılıb 12.12.2022
  • Quba şəhər sakini olan bir qadının evinə qumbara atmaqda şübhəli bilinən Abşeron rayon sakini O.Ağalı Sumqayıt şəhəri ərazisində saxlanılıb 12.12.2022
  • İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açan şəhər sakini B.Qədirov saxlanılıb, ondan ov tüfəngi götürülüb 12.12.2022
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Daewoo” markalı avtobusla qəsəbə sakini U.Bağırov vurulub 12.12.2022