Goranboy rayonunun Səfikürd kəndi ərazisində “Geely” və “VAZ-21099” markalı avtomobillər toqquşub
11.12.2022Dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.