Salyan rayon sakinləri olan iki nəfərin bank hesablarından pullarının oğurlanması faktı ilə bağlı cinayət işi başlanılıb
09.12.2022Salyan Rayon Polis Şöbəsində Kərimbəyli kənd sakinləri olan iki nəfərin bank hesablarından ümumilikdə 400 manat pullarının oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini S.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun rayon sakini olan daha iki nəfərin bank hesablarından ümumilikdə 600 manata yaxın pul oğurlaması da müəyyən olunub.