Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımova vurulub
09.12.2022Dekabrın 9-da saat 18 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Mirzəliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımovanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.