Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar

06.12.2022

Paytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

06.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub 06.12.2022
  • Gədəbəy rayonunun Şəkərbəy kənd sakini K.Abdullayevanı öldürməkdə şübhəli bilinən əri E.Abdullayev tutularaq istintaqa təhvil verilib 06.12.2022
  • Quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini E.Tağıyev müəyyən olunaraq saxlanılıb 06.12.2022
  • Piyadanın ölümü ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb  06.12.2022
  • Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.Süleymanov müəyyən olunaraq saxlanılıb 06.12.2022
  • Bakı şəhər sakini C.Mirbağırovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb 06.12.2022
  • Dələduzluqda şübhəli bilinən Astara rayon sakini R.Fətəliyev müəyyən olunaraq saxlanılıb 06.12.2022
  • Oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun və H.İsmayılovun etdikləri digər cinayət əməli də müəyyən edilib 06.12.2022
  • Ağsu rayonunun Çiyni kənd sakini Q.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.12.2022
  • Ov edən Şamaxı rayon sakini R.Əhmədovun tüfəngdən açdığı atəşdən İ.İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub 06.12.2022
  • İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 06.12.2022
  • “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar 06.12.2022