Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunda moped oğruları saxlanılıblar

05.12.2022

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

05.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub 05.12.2022
  • Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini A.Azizovs müəyyən olunaraq saxlanılıb 05.12.2022
  • Paytaxt sakini S.Dadaşovun bank hesabından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Rəhimov saxlanılıb 05.12.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində vətəndaş A.Raxmatulinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 05.12.2022
  • Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən E.Süleymanov saxlanılıb 05.12.2022
  • Ağcabədi rayon sakini D.İsmayılovun idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb 05.12.2022
  • Qaradağ rayonunun Ələt qəsəbəsində 3 marketdən oğurluqlar törətməkdə şübhəli bilinən qəsəbə sakinləri S.İsmayılov və İ.İbrahimov müəyyən olunaraq saxlanılıblar 05.12.2022
  • Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva saxlanılıb 05.12.2022
  • Füzuli rayon sakini olan bir nəfərin bank kartından 2500 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Xaçmaz şəhər sakini O.Hüseynov saxlanılıb 05.12.2022
  • Goranboy rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən rayon sakini E.Yaqubov saxlanılıb 05.12.2022
  • Oğurluq etdiyinə görə tutulan Tovuz rayon sakini A.Rüstəmovun rayon ərazisindəki daha bir mağazadan oğurluq etməsi müəyyən olunub 05.12.2022
  • Sabirabad rayonunun Şəhriyar kənd sakini Z.Səfərovun evindən qanunsuz saxladığı ov tüfəngi və 1 ədəd patron götürülüb 05.12.2022
  • Sabirabad rayon sakini M.Babayevin idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb 05.12.2022
  • Astara rayonunun Şahağacı kənd sakini F.Səmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 05.12.2022
  • Sumqayıt şəhəri ərazisində yolu keçən piyada müəyyən olunmayan avtomobillə vurulub 05.12.2022
  • Kürdəmir rayonunun Qarasaqqallı kəndi ərazisində “KİA” markalı avtomobil kanala aşıb 05.12.2022
  • Astara rayonunun Asxanakəran kəndi ərazisində “VAZ-2121” markalı avtomobil dərəyə aşıb 05.12.2022
  • Polisin keçirdiyi növbəti əməliyyat nəticəsində Bakı şəhərini narkotik maddələrlə təmin edən əsasən tədarükçülərdən biri də saxlanılıb 05.12.2022
  • Yasamal rayonunda moped oğruları saxlanılıblar 05.12.2022