Daşkəsən rayonunun Bayan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.12.2022Dekabrın 3-də saat 16 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində rayon sakinləri X.Tağıyevin idarə etdiyi “VAZ-21214” və S.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə X.Tağıyev hadisə yerində ölüb.
Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.