Göyçay rayonunun Bığır kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.12.2022Dekabrın 3-də saat 20 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində rayon sakini F.Zəkəriyəyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini V.Cəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.