Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini T.Əliyev saxlanılıb
02.12.2022Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini T.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.