Bərdə şəhəri ərazisində “Mazda” markalı avtomobillə şəhər sakini R.Gülməmmədova vurulub
02.12.2022Dekabrın 2-də saat 7 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini E.Nuriyev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən həmyerlisi Roza Gülməmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.