Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Qarayusifli müəyyən olunaraq saxlanılıb
01.12.2022Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qarayusifli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.