Quldurluq etdiyinə görə tutulan M.Abbaszadənin Xırdalan şəhərindəki köşklərin birindən pul talaması və bir vətəndaşın pulunu hədə-qorxu ilə alması da müəyyən olunub
29.11.2022Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla quldurluq etdiyinə görə tutulan M.Abbaszadənin Xırdalan şəhərindəki köşklərin birindən soyğunçuluq yolu ilə 230 manat pul talaması və Bakı şəhər sakini V.Quliyevin 600 manat pulunu isə hədə-qorxu gəlməklə alması da müəyyən olunub.