Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb
28.11.2022Nəsimi rayonu ərazisində yerləşən “Azərlotereya” məntəqəsindən 600 manat dəyərində lotereyanın oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb. Araşdırma aparılır.