Beyləqan rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynovun Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub
28.11.2022Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynovun Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.