Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.11.2022Noyabrın 28-də saat 13 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Saatlı rayon sakini Ə.Şıxıyev “QAZ-330232” markalı avtomobili geriyə idarə edərkən qəsəbə sakini Atlas Əsədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.