Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Əliyev və R.Ağayev müəyyən olunaraq saxlanılıblar
25.11.2022Paytaxtın Binəqədi rayonu ərazisində marşrut avtobuslarında iki nəfərin içərisində pul, bank kartları və sənəd olan cüzdanlarının qeyri-aşkar şəraitdə oğurlanması, sonradan onlardan birinin bank kartı ilə 290 manat dəyərində alış-veriş olunması barədə polisə məlumatlar daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Əliyev və R.Ağayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.