Oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Ş.Baxışov müəyyən olunaraq saxlanılıb
25.11.2022Metropolitendə Polis Şöbəsinə 3 sərnişinin mobil telefonlarının metro stansiyalarında qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Baxışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.