Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakinləri B.Qasımov və Q.Fərhadov vurulub
23.11.2022Noyabrın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Kürdəmir rayon sakini N.Səmədli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Bəhruz Qasımovu və Q.Fərhadovu vurub. Nəticədə B.Qasımov hadisə yerində ölüb, Q.Fərhadov xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.