Şağan qəsəbə sakini A.Baxşəliyevin yaşadığı evə baxış zamanı oradan 300 qramdan artıq heroin, 11 qramdan artıq metamfetamin və elektron tərəzi götürülüb
20.11.2022Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şağan qəsəbə sakini A.Baxşəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 300 qramdan artıq heroin, 11 qramdan artıq metamfetamin və elektron tərəzi götürülüb.