Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub

13.11.2022

Noyabrın  13-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

  • Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    
  • Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

13.11.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub 13.11.2022
  • Kifayət İsayevanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib 13.11.2022
  • Keçmiş həyat yoldaşı N.Pirimovaya və oğlu A.Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilnən Yeni Suraxanı qəsəbəsində yaşayan E.Dadaşov tutularaq istintaqa təhvil verilib 13.11.2022
  • Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Nəzərli saxlanılıb 13.11.2022
  • Q.Kulikinin yaşadığı Xırdalan şəhərindəki evinə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar edilərək götürülüb 13.11.2022
  • Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Məmmədov saxlanılıb 13.11.2022
  • Oğurluqda şübhəli bilinən Masallı rayonunun Bədəlan kənd sakini M.Əzizov saxlanılıb 13.11.2022
  • Bakı şəhər sakinləri İ.Mehdiyev və Ə.Novruzlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar 13.11.2022
  • Biləsuvar rayon sakini E.Yarıyev qanunsuz ov etdiyinə görə saxlanılıb 13.11.2022