Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü V.Qurbanov müəyyən edilərək saxlanılıb
12.11.2022Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də saat 19 radələrində Bülbül prospektində Bakı şəhər sakini M.Abramovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü V.Qurbanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.