Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs saxlanılıb

10.11.2022

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən axtarışda olan  şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və  qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.
Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və  qızıl-zinət əşyaları oğurlayıb.
Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb. 
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

10.11.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub 10.11.2022
  • Gəncə şəhər sakini Səttar Cəlilov arvadı Hüsniyyə Quliyevaya bıçaqla ağır bədən xəsarətləri yetirməsi, sonradan isə özünü öldürməsinə əsaslı şübhələr müəyyən edilib 10.11.2022
  • Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 10.11.2022
  • Dələduzluq etmiş Cəlilabad rayon sakini C.Zeynalov tutulmuşdur 10.11.2022
  • Məktəbdən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Rzayev saxlanılıb 10.11.2022
  • Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Qeysabulla Dadayev yerləşdirildiyi xəstəxanada ölmüşdür 10.11.2022
  • Sabunçu rayonunda oktyabr ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb 10.11.2022
  • Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs saxlanılıb 10.11.2022
  • Xətai rayonunda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar 10.11.2022