Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub

08.11.2022

Noyabrın  8-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

08.11.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub 08.11.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Volkswagen” markalı avtomobili oğurlamaqda şübhəli bilinən V.Hüseynli saxlanılıb 08.11.2022
  • Gəncə şəhəri ərazisindəki 3 qarajdan oğurluq etməkdə şübhəli bilinən şəhər sakinləri A.Quliyev və O.Kulaib saxlanılıblar 08.11.2022
  • Mingəçevir şəhəri ərazisindəki evlərin birindən 6100 manat oğurlamaqda şübhəli bilinən O.Şikarlı saxlanılıb 08.11.2022
  • Goranboy rayonunun Səfikürd kənd sakini E.Abdullayevdən 12 qramdan artıq marixuana, narkotik vasitəni satmaqda şübhəli bilinən Q.Abbasovdan isə 1 kiloqramdan artıq marixuana, çətənə toxumu və silah-sursat götürülüb 08.11.2022
  • Gəncə şəhər sakini E.Rzayevdən 1 kiloqramdan artıq heroin və 385 qram marixuana götürülüb 08.11.2022
  • Qəbələ rayonunun Məmmədağalı kənd sakinləri P.Ağayevdən və qardaşından silah-sursat götürülüb 08.11.2022