Qax rayonunun Xələftala kənd sakin Albina Papiaşvilini qətlə yetirməkdə şübhəli bilnən qardaşı tutularaq istintaqa təhvil verilib
04.11.2022Qax Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 19 radələrində Xələftala kənd sakin Albina Papiaşvilinin üzərində xəsarətlər olan meyitinin şəhər ərazisində yaşadığı evdə tapılması barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə qardaşı J.Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək A.Papiaşvilini öldürüb hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində J.Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.