Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.11.2022Noyabrın 4-də saat 12 radələrində Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində Hacıisaoba kənd sakini Nadir Seyidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə sürücü hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.