Yasamal rayonu ərazisində “Otocar” markalı sərnişin avtobusu ilə piyada vurulub
03.11.2022Noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.