Nərimanov rayonu ərazisində bir avtomobildən 2700 manat oğurlamaqda şübhəli bilinən T.Mehdiyev saxlanılıb
03.11.2022Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 9-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 2700 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb.
Araşdırma aparılır.