Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub

31.10.2022

Oktyabrın  31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

31.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 31.10.2022
  • Göyçay rayonunun Bəydövül kəndi ərazisində “VAZ-21099” markalı avtomobil ağaca çırpılıb 31.10.2022
  • Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub 31.10.2022
  • Mingəçevir şəhəri ərazisində “Ford Transit” markalı avtomobillə şəhər sakini Ə.Məhərrəmov vurulub 31.10.2022
  • Yevlax şəhər sakinləri E.Seyidov və R.Musayevdən heroin götürülüb 31.10.2022
  • Binəqədi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ə.İbadzadə saxlanılıb 31.10.2022
  • Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.İmamquliyev saxlanılıb 31.10.2022
  • Bakı şəhər sakini E.Mehdiyevə məxsus “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Məmmədov avtomobillə birgə saxlanılıb 31.10.2022
  • Suraxanı rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən M.Bukavadze saxlanılıb 31.10.2022
  • Sumqayıt şəhəri ərazisindəki marketlərin birindən spirtli və sərinləşdirici içkilər oğurlamaqda şübhəli bilinən E.Əzizli saxlanılıb 31.10.2022
  • Şamaxı şəhəri ərazisindəki bazarda rayon sakini N.Kərimovun cibindən pul oğurlamaqda şübhəli bilinən F.Feyzullayev saxlanılıb 31.10.2022
  • Masallı rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ə.Quliyev saxlanılıb 31.10.2022
  • Bərdə şəhər sakini R.Rüstəmova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar 31.10.2022
  • Astara rayonunun Səncərədi kənd sakini S.Haqverdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 31.10.2022