Kürdəmir rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
28.10.2022Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri İ.Heydərov, E.Qəmbərli və Bakı şəhər sakini C.Məmmədov saxlanılıblar. Araşdırmalarla E.Qəmbərlinin M.Məmmədova məxsus 1 baş inəyi oğurlaması da müəyyən olunub.