Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabirabadda saxlanılan Qalağayın kənd sakini R.Məmmədovdan heroin aşkar olunub

28.10.2022

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qalağayın kənd sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan heroin aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Suqovuşan kənd sakini F.Əliyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin götürülüb. Davam etdirilən tədbirlərlə F.Əliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Məmmədov da müəyyən olunaraq saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 428 qram heroin və 87 qram metamfetamin aşkar olunaraq götürülüb.  

28.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub 28.10.2022
  • Narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan Bakı şəhər sakini E.Tağıyev saxlanılıb 28.10.2022
  • Kürdəmir rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 28.10.2022
  • Sabirabadda saxlanılan Qalağayın kənd sakini R.Məmmədovdan heroin aşkar olunub 28.10.2022
  • Yevlax şəhəri ərazisində “VAZ-21074” markalı avtomobil beton dirəyə çırpılıb 28.10.2022
  • Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakinləri M.Hətəmxanova və G.Hacıyeva vurulublar 28.10.2022
  • Sabail rayonu Badamdar qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb 28.10.2022