Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar cərimələnib

26.10.2022

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.
Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Qeyd edək ki, sonuncu reyd zamanı 20-ə yaxın piyada, 30-dan çox sürücü cərimələnib.

26.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 26.10.2022
  • Bakı-Qazax yolunda nəzarət qaydasında saxlanılan “Hyundai” markalı avtomobildən marixuana aşkar olunaraq götürülüb 26.10.2022
  • Sumqayıt şəhəri ərazisində saxlanılan iki şəxsdən heroin aşkar olunaraq götürülüb 26.10.2022
  • Ağcabədi rayonu ərazisində 3 həyətdən oğurluq etməkdə şübhəli bilinən P.Əhmədli saxlanılıb 26.10.2022
  • Qobustan rayonunun Cəngi kəndi ərazisində “Nissan” markalı avtomobil aşıb 26.10.2022
  • Sumqayıtda yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar cərimələnib 26.10.2022