Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.Məmmədov və E.Həsənov müəyyən olunaraq saxlanılıblar
24.10.2022Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.Məmmədov və E.Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.