Quldurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Qafarov və Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq saxlanılıblar
21.10.2022Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qafarov və Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.