Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.10.2022Oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ə.Qurbanov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb və nəticədə sərnişini, Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.