Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb
14.10.2022Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulunun və mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb. Araşdırma aparılır.