Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.10.2022Oktyabrın 14-də saat 19 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini H.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.