Yevlax rayon sakini Vüqar Əsədovu bıçaqla vuraraq qəsdən öldürməkdə şübhəli bilinən qardaşı E.Əsədov tutularaq istintaqa təhvil verilib
12.10.2022Yevlax Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 20 radələrində rayon sakini Vüqar Əsədovun öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla rayon sakini, əvvəllər məhkum olunmuş E.Əsədovun yaşadığı evin həyətində münaqişə zəminində qardaşı Vüqarı bıçaqla vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.